Bakı. Trend:
Misirin Şarm əl-Şeyx şəhərində baş verən yol qəzası nəticəsində
3 Qətər diplomatı həlak olub, daha 2 nəfər yaralanıb.
Trend xəbər verir
ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, hadisə Qəzzada atəşkəslə bağlı keçiriləcək sammit
ərəfəsində baş verib. Hazırda diplomatların Qətər danışıqlar
heyətinin tərkibinə daxil olub-olmadığı barədə məlumat
verilməyib.

