Bakı. Trend:
Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər
xəsarət alıb.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, qəza Hindarx–Borsunlu avtomobil yolunun
Quzanlı qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2106” və “Lada Xəzər” markalı avtomobillər
daşla dolu “KamAZ” yük maşınına çırpılıb.
Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və
Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

