
Bakı. Trend:
“Real Madrid” “Mançester Siti”nin hücumçusu Erlinq Halandın
nümayəndələri ilə əlaqə saxlayaraq, onun İspaniya nəhənginə keçidi
imkanlarını müzakirə edib.
Trend xəbər verir
ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
Madridlilər hücumçu Vinisius Junioru adı açıqlanmayan Səudiyyə
Ərəbistanı klubuna 250 milyon avroya satmağı nəzərdən keçirirlər.
“Real Madrid” bu transferdən əldə ediləcək gəliri Halandın
alınmasına yönəldə bilər.


