Azərbaycanda depo hesablarının sayı 11%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin 3-cü rübünün sonuna Milli Depozit Mərkəzində (MDM) mövcud
depo hesablarının sayı 173 865-ə çatıb.

Trend MDM-ə
istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə
16 943 vahid və ya 10,8% çoxdur.

Məlumata görə, depo hesablarının 99,1%-i və yaxud 172 226-sı
fiziki şəxslərə, 0,9%-i və yaxud 1 639-u isə hüquqi şəxslərə məxsus
olub.

Hesabat tarixinə MDM-də ümumilikdə 103 056 aktiv hesab olub ki,
bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 5 525 vahid
azdır.




Aktiv depo hesablarının 102 402-si fiziki şəxslərə, 654-ü isə
hüquqi şəxslərə aid olub.