Azərbaycanda aktiv depo hesablarının sayı azalıb

Baş səhifə

Bu il oktyabrın 1-nə Milli Depozit Mərkəzində 173 865 hesab olub.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 10,8 % çoxdur.

Depo hesablarının 172 226-sı fiziki, 1 639-u isə hüquqi şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 10,8 % və 7,05 % çoxdur.

Sentyabrın sonuna depo hesablarının 103 056-sı aktiv olub. Bu, illik müqayisədə 5,1 % azdır.

O cümlədən, fiziki şəxslərə məxsus aktiv hesabların sayı 5,1 % azalaraq 102 402-yə düşüb, hüquqi şəxslərə məxsus aktiv hesablarının sayı isə dəyişməyərək 654 olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.