Bakı. Trend:
Qətər və Türkiyə Qəzza sazişi və həlak olanların meyitlərinin
tapılması ilə bağlı razılaşanın həyata keçirilməsinə nəzarət edəcək
beynəlxalq missiyada iştirak edəcəklər.
Trend xəbər verir
ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahunun ofisinin
müşaviri Dmitri Hendelman açıqlayıb.
“Türkiyə və Qətər Qəzza sazişinin və meyitlərin axtarışının
həyata keçirilməsinə nəzarət üzrə beynəlxalq missiyaya daxil
ediləcəklər”, – Hendelman rəsmi Telegram-kanalında yazıb.

