
Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda
“Atletik Bilbao” – “Qarabağ” oyunu üçün vauçerlər oktyabrın 10-u
saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Bu barədə Trend
Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, bu qərar azarkeşlərin çoxsaylı müraciətləri
nəzərə alınaraq verilib.
Həmçinin vurğulanıb ki, vauçerlərin biletə dəyişdirilməsi ilə
bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında
paylaşılacaq.
Xatırladaq ki, “Atletik” – “Qarabağ”” oyunu oktyabrın 22-də,
saat 20:45-də “San Mames” stadionunda keçiriləcək.
Klub daha əvvəl biletlərin oktyabrın 15-dən satışa
çıxarılacağını bildirmişdi.


