Qəzza zolağında atəşkəs rejimi müvafiq sazişin imzalanmasından əvvəl dərhal qüvvəyə minməlidir.
“Report” TASS-a istinadən xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof və amerikalı liderin keçmiş baş müşaviri Cared Kuşnerlə görüşdə bəyan edib.
“Qəzzada atəşkəs dərhal, sazişin imzalanmasını gözləmədən qüvvəyə minməlidir”, – Misir lideri vurğulayıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

