Müşahidələrə əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan psixiatriya və narkoloji müəssisələrdə kadr çatışmazlığı və sıxlıq problemləri aktual olaraq qalır.
“Report” xəbər verir ki, bunu Ombudsman Aparatının məsul əməkdaşı Nuriyyə Məmmədova “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun ilk iclasında çıxışı zamanı deyib.
O bildirib ki, həm həkim, həm də orta tibb personalı baxımından mövcud olan çatışmazlıqların aradan qaldırılması psixi sağlamlıq xidmətlərinin keyfiyyətinə birbaşa təsir edən mühüm amildir:
“Eyni zamanda narkoloji müəssisələrdə növbə gözləyənlərin sayının çoxluğu bu sahədə ixtisaslı narkoloq və klinik psixoloqların sayının artırılmasını zəruri edir”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

