La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Baş səhifə
La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

İspaniyanın “Real Ovyedo” klubu baş məşqçisi Velko Paunoviçlə yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə La Liqa təmsilçisi məlumat yayıb.

Qeyd edək ki, serbiyalı mütəxəssis 2025-ci ilin martında bu posta təyin olunub. O, komanda ilə Sequndadan La Liqaya vəsiqə qazanıb. “Real Ovyedo” 8 turdan sonra 6 xalla 17-ci pillədə qərarlaşıb.