Bakı–Quba yolunda qəza – Piyada hadisə yerində öldü

Baş səhifə

Bakı. Trend:

09.10.2025-ci il tarixdə saat 08:50 radələrində Bakı–Quba
yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.

Bildirilib ki, ilkin məlumata əsasən, 1984-cü il təvəllüdlü,
Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi “Chevrolet”
markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə
hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan
1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.

“Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində
dünyasını dəyişib.




Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki,
yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan
arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk
yaradır.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ
də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman
faciəvi nəticələrlə yekunlaşır”,- deyə İdarədən əlavə edilib.