İtkin düşmüş şəxslərin taleyi təcrid olunmuş məsələlər sırasına daxil deyil – Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Baş səhifə

Bakı. Trend:

İtkin düşmüş şəxslərin taleyi təcrid olunmuş məsələlər sırasına
daxil deyil.

Trend xəbər
verir ki, bunu Moldovanın sabiq baş naziri, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi Bakıda “İtkin düşmüş
şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və
əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq
konfransdakı çıxışında bildirib.




O deyib ki, Vaşinqton bəyannaməsi illər boyu davam edən
münaqişəyə son qoyub:

“Həmin sənədə əsasən tərəflər öz üzərlərinə humanitar öhdəlik
götürüb. Bu, itkin düşmüş 4 mindən çox şəxsin taleyinə aydınlıq
gətiriləcəyinə böyük ümid verir. Burada söhbət tək siyasətdən yox,
həm də sızlayan yaraların sağalmasından gedir”.