ABŞ vergi xidməti işçilərinin təxminən yarısını məzuniyyətə göndərib

Baş səhifə

ABŞ Daxili Gəlir Xidməti (IRS) federal hökumətin qismən bağlanması səbəbilə işçilərinin təxminən yarısını müvəqqəti olaraq məzuniyyətə göndərib.

APA xəbər verir ki, bu barədə agentliyin dərc etdiyi sənəddə bildirilir.

Açıqlamaya görə, 74,300 işçidən yalnız 39,900-ü (təxminən 53,6%) müəyyən dərəcədə işləməyə davam edəcək.

Geri qalan 34,400 nəfər isə müvəqqəti olaraq məzuniyyətə göndərilib.

Qeyd edək ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbilə oktyabrın 1-də gecə yarısı fəaliyyətini qismən dayandırıb.