Əfqanıstanda “Instagram”, “Facebook” və “Snapchat”a giriş məhdudlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanda populyar sosial şəbəkələr – “Instagram”, “Facebook”
və “Snapchat”a giriş məhdudlaşdırılıb.

Trend xəbər verir
ki, bu barədə internetin fəaliyyətinə nəzarət edən “NetBlocks”
monitorinq xidməti məlumat yayıb. Bildirilib ki, sözügedən
platformalara giriş ölkədə bir neçə internet provayderi tərəfindən
məhdudlaşdırılıb.




Məhdudiyyətlərin ötən həftə baş verən genişmiqyaslı
telekommunikasiya kəsintisindən sonra tətbiq olunduğu qeyd
olunur.

Xatırladaq ki, “NetBlocks” sentyabrın 29-da “Taliban”
hərəkatının “mənəviyyat qaydalarına əməl olunmasının təmin
edilməsi” məqsədilə həyata keçirdiyi tədbirlər fonunda Əfqanıstanda
internetin tam kəsildiyini bildirmişdi.