
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq
ictimaiyyəti Suriyaya qarşı tətbiq olunan sanksiyaları aradan
qaldırmağa çağırıb və Dəməşq rəhbərliyinin beynəlxalq öhdəliklərini
yerinə yetirdiyini bildirib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
“Necə ki, Suriya beynəlxalq ictimaiyyətin ondan tələb etdiyi
öhdəlikləri yerinə yetirir, beynəlxalq ictimaiyyət də Suriyaya
qarşı öz öhdəliklərini yerinə yetirməlidir. Suriya və onun
nümayəndələrinə qarşı bütün sanksiyalar ləğv olunmalıdır,” – deyə
Fidan vurğulayıb.
Nazir, bölgə ölkələrinin yeni Suriya rəhbərliyinə verdiyi
tövsiyələrin nəticə verdiyini və Şara hökumətinin atdığı müsbət
addımlardan məmnun olduqlarını qeyd edib.
Hakan Fidan Suriya ərazisində təhlükə yaradan hər hansı bir
qrupun Türkiyə üçün də təhdid təşkil etdiyini xüsusi
vurğulayıb.


