
Rusiya 2026-cı ildə Xəzər dənizi akvatoriyasında birgə təlimlər keçirməyi təklif edib.
“Report”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Aleksandr Moiseyev Sankt-Peterburqda Xəzəryanı dövlətlərin – Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dəniz qüvvələri komandanlarının danışıqları zamanı bildirib.
“Rusiya tərəfi görüş iştirakçılarına 2026-cı ildə Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrinin gəmiçiliyin və dəniz iqtisadi fəaliyyəti obyektlərinin təhlükəsizliyini təmin etmək məsələlərinin hazırlanmasına yönəlmiş çoxtərəfli hərbi-dəniz təliminin keçirilməsini təklif edib. Bu təlim çərçivəsində, həmçinin Xəzər dənizi akvatoriyasında axtarış-xilasetmə tədbirlərinin keçirilməsi zamanı qarşılıqlı fəaliyyətin hazırlanması planlaşdırılır”, – məlumatda deyilir.
Məlumat yenilənir
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


