Rusiyanın Sverdlovsk vilayətində mobil internet və telekommunikasiya xidmətləri tamamilə söndürülüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, bütün rabitə operatorlarına internetə çıxışın məhdudlaşdırılması ilə bağlı göstərişlər verilib.
Rəsmi olaraq açıqlanmasa da məlum tədbirin regiona Ukrayna PUA-larının hücumu ilə əlaqədar görüldüyü bildirilib.
Rusiyanın teleqram kanalları Yekaterinburqdakı zavodların PUA ücumu təhlükəsi səbəbindən təxliyə olunduğunu yazıb.
Sverdlovsk vilayəti hökumətinin yaydığı məlumata görə, regiondakı bir sıra müəssisələr PUA hücumu təhlükəsinə qarşı qabaqlayıcı cavab tədbirləri tətbiq ediblər.

