
ABŞ-nin noyabrın 1-dən yük maşınlarına tətbiq etməyi planlaşdırdığı yeni gömrük rüsumları Meksikaya 15 milyard milyard dollar zərər verə bilər.
“Report”un məlumatına görə, bu barədə Meksikanın iqtisadiyyat nazirinin xarici ticarət üzrə müavini Luis Rosendo Gutyerres “Bloomberg” agentliyinin forumunda bildirib.
Onun sözlərinə görə, ABŞ-nin aldığı yük maşınlarının 70 %-ni Meksika tədarük edir, buna görə də onlar ölkə iqtisadiyyatı üçün önəmlidir.
Daha əvvəl Meksika Prezidenti Klaudia Şeynbaum amerikalı həmkarı Donald Trampla yeni rüsumları müzakirə etmək niyyətində olduğunu bildirib.
D.Tramp oktyabrın 6-da ABŞ-yə digər ölkələrdən gələn yük maşınlarına noyabrın 1-dən 25 % rüsum tətbiq olunacağını elan edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


