Bakı.Trend:
Paytaxtın Sabunçu rayonunda 15 yaşlı yeniyetmə qız itkin
düşüb.
Trend xəbər
verir ki, 23.08.2010-ci il təvəllüdlü Rəhimova Tamilla sentyabrın
6-sı saat 05:00-də evdən çıxıb bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu RPİ-nin 15-ci PB-də axtarış tədbirləri
həyata keçirilir.

