
Türkiyədə bir qrup tanınmış müğənni narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb.
Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb.
Digər tərəfdən, 19 nəfərlik saxlanılanlar siyahısında Hadisə, Berrak Tüzünataç kimi adların da yer aldığı qeyd olunur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


