Bakı. Trend:
“İnter Mayami”nin futbolçusu Jordi Alba gələcəyi ilə bağlı
qərarını verib.
Trend xəbər
verir ki, ispaniyalı müdafiəçi karyerasını başa vuracaq. Bu barədə
oyunçu özünün sosial şəbəkə hesablarında video paylaşıb.
İspaniya millisinin sabiq üzvü MLS-də mövsüm bitdikdən sonra
peşəkar futbolla vidalaşacaq.
Qeyd edək ki, Jordi Alba “Barselona”nın yetirməsidir. 36 yaşlı
sağ cinah müdafiəçisi “Valensiya” və “Ximnastik”də çıxış edib.
Təcrübəli oyunçu 2023-cü ilin yayında “İnter Mayami”də çıxış edir.
Alba “Barselona” ilə 6 dəfə La Liqa çempionu olub, 1 dəfə UEFA
Çempionlar Liqasında çempionluq sevinci yaşayıb. O, İspaniya
millisi ilə Avropa çempionluğu qazanıb.

