“Kəpəz” klubu yayda yollarını ayırdığı futbolçunu yenidən transfer edəcək

Baş səhifə
Kəpəz klubu yayda yollarını ayırdığı futbolçunu yenidən transfer edəcək

Rauf Hüseynli

“Kəpəz” klubu yayda yollarını ayırdığı Rauf Hüseynlini yenidən transfer edəcək.

“Report”un əldə etdiyi məlumata görə, “sarı-göyər” 25 yaşlı müdafiəçini azad agent kimi sıralarına qatacaq.

Qeyd edək ki, cari mövsümün əvvəlində müqaviləsinin müddəti başa çatan R.Hüseynli “Kəpəz”i tərk etmişdi. O, ötən mövsüm çempionatda 27 matça çıxaraq 2 qol vurub, 2 məhsuldar ötürmə verib.