
Qəbələ. Trend:
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov
türkdilli dövlətlər arasında beynəlxalq idman yarışlarının
keçirilməsini təklif edib.
Trend xəbər verir
ki, o, bu barədə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına
(TDT) üzv ölkələrin Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə
çıxışı zamanı bildirib.
“İdman və bədən tərbiyəsi sahəsində biz ölkələrimiz arasında
beynəlxalq yarışlar keçirməyi, həmçinin gənclərin fiziki
aktivliyini təşviq edən proqramların həyata keçirilməsini təklif
edirik”,- deyə Qurbanqulu Berdiməhəmmədov qeyd edib.

