Salyanda minik avtomobilləri toqquşub, 6 nəfər xəsarət alıb

Baş səhifə

Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdrma aparılır.