
Qəbələ. Trend:
Türk Dövlətləri Təşkilatı nisbətən qısa müddət ərzində ən
dinamik inkişaf edən nüfuzlu beynəlxalq birliklərdən birinə
çevrilib.
Trend xəbər verir
ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə Türk
Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci sammitində
çıxışında söyləyib.
“Əvvəla, ali səviyyədə siyasi dialoqun fəallaşması, qarşılıqlı
etimadın möhkəmlənməsi, birgə layihələrin və humanitar proqramların
həyata keçirilməsi bu faktı aydın şəkildə təsdiqləyir”, – deyə
Özbəkistan Prezidenti qeyd edib.
O, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın getdikcə daha
praktik xarakter aldığını bildirib.
“Təkcə bir nümunə gətirim: bu gün Təşkilat çərçivəsində 35-dən
çox istiqamət üzrə qarşılıqlı fəaliyyət həyata keçirilir.
Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr sabit şəkildə
güclənir və proqnozlara görə, 2030-cu ilədək qarşılıqlı ticarətin
ümumi həcmi iki dəfə artacaq”, – Şavkat Mirziyoyev qeyd edib.


