Azərbaycan DB və BVF-nin 2029-cu il toplantısına ev sahibliyi edə bilər

Baş səhifə

Bakı. Trend:

Valyuta Fondunun 2029-cu il illik toplantısına ev sahibliyi
etmək üçün qısa siyahıya daxil edilib.

Trend xəbər
verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov II
Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

O vurğulayıb ki, Azərbaycan builin dekabr ayında bu məqsədlə
qiymətləndirmə missiyasını qəbul edəcək: “İslam İnkişaf Bankı
Qrupu, Dünya Bankı və AİB ilə əməkdaşlığımız genişlənir. Gələn il
İslam İnkişaf Bankının illik toplantısına Azərbaycan ev sahibliyi
edəcək. Bu da halal sertifikatlaşdırılması və İslam maliyyəsi
mövzularını diqqətdə saxlamaq üçün mühüm fürsət yaradır”.




Nazir müavini qeyd edib ki,Azərbaycan və etik idarəçilik
bir-birini tamamlayır: “Yenilik və məsuliyyət birləşdikdə biz
yalnız güclü deyil, həm də etibarlı sistemlər qururuq.

İslam maliyyəsi, halal biznes və sağlam fiskal siyasət – hamısı
ədalətli, dayanıqlı və inklüziv rifah yaratmaq məqsədini
bölüşür”.