
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
***
13:20
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
***
13:18
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
APA xəbər verir ki, dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
***
13:08
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
***
12:50
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü başlayıb.
Bu barədə APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir.
Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarını qarşılayır.
Qeyd edək ki, Zirvə Görüşünün yekununda Bəyannamənin qəbul edilməsi, TDT+ formatının yaradılması, TÜRKSOY-un gücləndirilməsi və genişləndirilməsinə dair sənədlərin imzalanması nəzərdə tutulur.

