Boçorişvili: Aİ-nin Gürcüstanla vizasız rejimi dayandırması üçün əsas yoxdur

Baş səhifə

“Sizi əmin edə bilərəm ki, “Gürcü Arzusu”nun siyasətinə görə vizasız rejim dayandırılmayacaq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvli jurnalistlərin Avropa İttifaqı ilə vizasız gediş-gəlişin mümkün dayandırılması ilə bağlı sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Gürcüstan məhz “Gürcü Arzusu”nun siyasəti sayəsində vizasız gediş-gəliş rejimini əldə edib.

“Gürcüstan Avropa İttifaqı ilə münasibətlərlə bağlı öhdəliklərini, o cümlədən assosiasiya sazişini həmişə çox yaxşı yerinə yetirib. Gürcüstanla vizasız rejimin dayandırılması məsələsini müzakirə etmək üçün nə səbəb, nə də əsas var”, – nazir söyləyib.
Qeyd edək ki, Avropa İttifaqı ilə Gürcüstan arasında vizasız rejim 2017-ci ilin martın 28-dən qüvvədir.