Bakı. Trend:
Ötən axşam İranın qərbində yerləşən Kürdüstan vilayətində
naməlum silahlıların hücumu nəticəsində İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) 2 üzvü öldürülüb, 3 nəfər isə yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun
Kürdüstan vilayəti üzrə ordusu məlumat yayıb.
Məlumata görə, vilayətin Sərvabad rayonunda naməlum silahlılar
SEPAH üzvlərinə doğru əl qumbarasından istifadə ediblər. Akt
nəticəsində yaralananlar xəstəxanalara yerləşdiriliblər.
Hadisəni törədən naməlum silahlılar axtarışdadır.

