AMB kibercinayətkarlıqla bağlı statistik məlumatları açıqlayacaq

Baş səhifə

Bakı. Trend:

Müştərilərin hüquqlarının qorunması ilə bağlı yeni qaydaların
üzərində işləyirik.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru
Şahin Mahmudzadə maliyyə sabitliyinə dair keçirilən mətbuat
konfransında bildirib.




O vurğulayıb ki, müştəri hüquqlarının qorunması,
kibertəhlükəsizliklə bağlı bankların üzərinə kifayət qədər tələblər
qoyulub: “Hazırda bu istiqamətdə başqa hansı alətlərin tətbiq
olunması ilə bağlı araşdırmalar aparırıq.

Eyni zamanda biz kibercinayətkarlıq halları ilə bağlı rüblük
olaraq statistikanı açıqlamağa başlayacağıq”.