
Bakı.Trend:
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı
alınıb.
Trend DSX-yə
istinadən xəbər verir ki, dövlət sərhədinin etibarlı mühafizəsinin
təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri
uğurla davam etdirilir.
Bildirlir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam
Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət
sərhədinin pozulması halının qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə
marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

