
Bakı.Trend:
Quba-Qusar yolunda piyada ölümü ilə nəticələnən qəza baş
verib.
Trend xəbər
verir ki, Əliyev Süleyman Hüseynqulu oğlu 02.09.2025-ci il tarixdə
Quba-Qusar avtomobil yolunun Quba rayonu, Mirzəməmmədkənd kəndinin
ərazisindən keçən avtomobil yolunda idarə etdiyi avtomobillə yolu
keçən piyada Xəlilov Şıxseyid Şahbala oğlunu ehtiyatsızlıqdan
vurub.
Belə ki, oktyabrın 6-da hadisə nəticəsində piyada aldığı
xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Quba RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət
işi başlanılaraq istintaq aparılır.


