Cəmiyyət

Q.Paşayeva Asiya Parlament Assambleyasının Sosial və Mədəniyyət Komitəsinin sədri seçilib və təşkilatın növbəti iclasının Bakıda keçirilıməsini təklif edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (resmixeber.az) dörd daimi komitəsindən biri olan Sosial və Mədəniyyət Komitəsinə sədr və eyni zamanda Assambleya sədrinin müavini seçilib.

Bu barədə qardaş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan resmixeber.az-da nümayəndə heyəti ilə ilk dəfə 2020-ci ildən təmsil olunur və o vaxtdan Qənirə Paşayeva Milli Məclisin Asiya Parlament Assambleyasında (resmixeber.az) Nümayəndə heyətinin rəhbəridir.

resmixeber.az Sosial və Mədəniyyət Komitəsinin Qənirə Paşayevanın sədrliyi ilə növbəti iclası 2023-cü ildə Bakıda keçiriləcək. Bu barədə Q.Paşayevanın irəli sürdüyü təşəbbüs Komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Q.Paşayeva deyib ki, Azərbaycan Respublikası indiyədək müxtəlif xarakterli beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edib və resmixeber.az komitəsinin iclası da yüksək səviyyədə təşkil olunacaq.

Q.Paşayeva komitənin iclasında geniş nitq söyləyərək, bir sıra vacib mövzulara toxunub. O, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarındakı tarixi və mədəniyyət abidələrinə qarşı dəhşətli vandalizm aktlarından danışıb və Azərbaycanın müvafiq çağırışlarına baxmayaraq beynəlxalq təşkilatların ermənilərin törətdiyi müharibə cinayətlərinə səssizliyini qınayıb.

İşğal edilmiş ərazilərdə 65 məscidin Ermənistan tərəfindən dağıdıldığını, məscidlərdə donuz və digər heyvanlar saxlandığını, habelə məscidlərin divarlarına İslam dinini təhqir edən yazılar yazıldığını xatırladan Q.Paşayeva, bu qeyri-insani aktlara dair internet resurslarında çoxsaylı materiallar, video, foto-faktlar olduğunu qeyd edib. Q.Paşayeva komitə üzvlərini, ümumən resmixeber.az-da təmsil olunan ölkələri bu cür dəhşətli vandalizmə səssiz qalmamağa çağırıb.

O, bu məsələlərin tarix-mədəniyyət abidələrinə dair müvafiq sənədlərdə, qətnamələrdə öz əksini tapması üçün bir sıra təkliflərlə çıxış edib.

Komitə sədri bildirib ki, dini inancından və etnik kimliyindən asılı olmayaraq resmixeber.az-ya üzv ölkələr bu kimi məsələlərdə vahid mövqedən çıxış etməli, bəzi beynəlxalq təşkilatlarda oldğu kimi ikilistandartlara yol verməməlidir: “Azərbaycan Respublikası harada və kimə qarşı törədilməsindən asılı olmayaraq vandalizmi həmişə qınayıb və biz bu Assambleyadan da eyni həssasiyyəti gözləyirik”.

Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi Zəfər, işğaldan azad olunan ərazilərdəki irimiqyaslı abadlıq, quruculuq işlərindən söz açan Q.Paşayeva, özəlliklə tarix-mədəniyyət abidələrnin bərpası ilə bağlı fəaliyyətlərdən danışıb.

2020-ci ilin 8 noyabrında azad olunmuş Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət paytaxtı, bu ildən isə Türk dünyasının Mədəniyyət paytaxtı statusunu daşıdığını vurğulayan Q.Paşayeva, Komitə üzvlərini Şuşaya – əsil gerçəkləri, həqiqətləri yerində görməyə dəvət edib.

Komitənin müzakirə etdyi sənədlərin qərar layihələrinin birində 2023-cü ildə Zəncan şəhərinin Asiyanın Turizm paytaxtı seçilməsinə toxunan Q.Paşayeva, 2024-cü ildə Şuşanın Asiyanın Turizm paytaxtı elan olunmasını təklif edib. Bu təklif başda Türkiyə Cümhuriyyəti Nümayəndə heyəti olmaqla, bir sıra ölkələrin nümayəndələri tərəfindən dəstəklənib. Həmin məsələ barədə qərar növbəti komitə iclasında qəbul ediləcək.

Q.Paşayeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarix-mədəniyyət abidələri, ümumən mədəni irslə bağlı görülən fundamental işlər, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarix-mədəniyyət abidələri, ümumən humanitar mövzularda beynəlxalq səviyyədə həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verib. O, resmixeber.az Sosial və Mədəniyyət Komitəsinin rəhbərliyinin Azərbaycana etimad edilməsinin arxasında da məhz bu faktorun dayandığına inandığını bildirərək, Azərbaycanın komitənin işinə dövlət səviyyəsində dəstək verəcəyini söyləyib.

Komitə sədri əminliklə bildirib ki, resmixeber.az beynəlxalq ictimaiyyətə faydalı çağırışlar edən, yüksək nəticələr qazanmağa potensialı olan bir mühüm platforma kimi çağdaş dünyadakı qlobal problemlərin həlli yönündə bundan sonra da əzmlə çalışacaqdır: “Azərbaycan bu platformanın imkanlarından geniş şəkildə istifadə edərək sülh və inkişaf prinsipində hamı üçün faydalı olan əməkdaşlıq münasibətlərinə yeni töhfələr vermək niyyətindədir”.

Müzakirə olunan sənədlərə dair Azərbaycan nümayəndə heyəti adından irəli sürülən bir sıra önəmli əlavə və düzəlişlər komitə üzvləri tərəfindən dəstəklənib. Komitə üzvləri növbəti iclasın Azərbaycnda keçirilməsindən məmnunluq duyacaqlarını, Bakıdakı müzakirələrin çox faydalı olacağına inam ifadə ediblər.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir