Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ
şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər
Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan xarici işlər
naziri Yermek Koşerbayevlə görüşüb.

Trend xəbər verir ki, Ceyhun
Bayramov bu barədə “X” sosial şəbəkəsində məlumat paylaşıb.

“Qazaxıstanlı həmkarı ilə iki ölkə arasında mövcud olan güclü
strateji tərəfdaşlığın perspektivlərini müzakirə olunub. Siyasi,
iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığımızı nəzərdən
keçirdik, həmçinin regional vəziyyətlə bağlı fikir mübadiləsi
apardıq”, – Ceyhun Bayramov qeyd edib.