Azərbaycan və Türkiyə çoxvektorlu əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı
Hakan Fidanla görüşüb.

Trend xəbər verir ki, Ceyhun
Bayramov bu barədə öz “X” hesabında məlumat verib.

“Həmkarım və dəyərli qardaşım, Türkiyə Respublikasının Xarici
İşlər Naziri Hakan Fidan ilə Qəbələ şəhərində keçirilən TDT Xarici
İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşməkdən məmnunam.
Qardaş ölkə ilə müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bütün
sahələrdə möhkəmlənməkdə davam edir”, – Bayramov bildirib.

O bildirib ki, görüş zamanı iki ölkə arasında çoxvektorlu
əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri müzakirə
olunub.