PSJ-nin futbolçusu “Mançester Siti” və “Arsenal”ın hədəfində

Baş səhifə

Bakı. Trend:

PSJ-nin yarımmüdafiəçisi Uorren Zayre-Emeri karyerasını
İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər
verir ki, “Arsenal” fransalı futbolçunu transfer etmək istəyir. Bu
barədə “CaughtOffside” məlumat yayıb.

London klubu Zayre-Emeri üçün yanvar ayında təklif göndərməyi
planlaşdırır. Klubu 19 yaşlı oyunçuya 80 milyon avro qiymət
qoyub.




“Mançester Siti” də gənc futbolçuya maraq göstərir.

Qeyd edək ki, Uorren Zayre-Emeri PSJ-nin yetirməsidir. Fransa
U-21 millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 17
rəsmi matçda meydana çıxıb.