Türkiyə və Qırğızıstan XİN rəhbərləri görüşüblər

Baş səhifə

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısı ərəfəsində keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə Qəbələ şəhərində görüş keçirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.