
Bakı.Trend:
Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotik
vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin
əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz
dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər
məhkum olunmuşlar – Məhəmməd Eminov və İsmayıl Vəliyev
saxlanılıblar. Onların üzərindən ümumilikdə 7 kiloqramdan artıq
narkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə
35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkar
olunaraq götürülüb.
“Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri
istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə
etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. M.Eminov və
İ.Vəliyevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də
kimliyinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları
istiqamətində tədbirlər davam etdirilir”.

