STAR neft emalı zavodu dizel yanacağı istehsalını artırıb

Baş səhifə

Bakı. Trend:

SOCAR-ın Türkiyədə fəaliyyət göstərən “STAR” neft emalı zavodu
2025-ci ilin iyul ayında 556 181 ton dizel yanacağı istehsal edib
ki, bu 2024-cü ilin iyul ayındakı 376 332 tonla müqayisədə 47,8
faiz çoxdur.

Trend bu barədə
Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin
məlumatlarına istinadən xəbər verir.

2025-ci ilin iyul ayında zavod 955 975 ton xam neft idxal edib
ki, bu 2024-cü ildəki göstərici (686 462 ton) ilə müqayisədə 39,3
faiz çoxdur.




İstehsal həcminə, həmçinin 165 654 ton aviasiya yanacağı, 26 617
ton mayeləşdirilmiş neft qazı (LPG), 134 892 ton nafta, 54 667 ton
neft koksu, 22 037 ton yüksək kükürdlü dizel və digər neft
məhsulları daxildir.

2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavodu
neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və
Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya
layihəsi hesab olunur.

2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neft
emalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı,
nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neft
məhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim”
neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam
şəkildə təmin edir.