Ötən ay dövlət sərhədini pozan 26 nəfər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

2025-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pоzduqlarına
görə 26 nəfər saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslərdən 4-ü Azərbaycan, 8-i İran,
3-ü Əlcəzair, 3-ü Əfqanıstan, 2-si Pakistan, 2-si İraq, 2-si
Tacikistan, 1-i Rusiya, 1-i Mərakeş vətəndaşı olub.




Qeyd edilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri
nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə
məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 4 nəfər
saxlanılıb.

“Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 578 nəfər
saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb”,-qurumdan əlavə
edilib.