Bakı. Trend:
Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney şəhərində öz
mənzilindən atəş açan yaşlı kişi saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Sky News Australia məlumat yayıb.
Hadisə nəticəsində ən azı 16 nəfərin yaralandığı, bir neçə
avtomobilə — o cümlədən taksi və polis maşınına ziyan dəydiyi
bildirilib.
Məlumata görə, kişi iri çaplı tüfəngdən ətrafa 100-dən çox atəş
açıb. Polis tərəfindən saxlanılan şəxsin evindən bir neçə odlu
silah götürülüb.
Hazırda o, polis nəzarəti altında xəstəxanadadır.

