
Bakı. Trend:
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci
ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti troya unsiyası
üçün 3 949 dollardan yuxarı qalxaraq bütün zamanların ən yüksək
həddinə çatıb.
Trend xəbər verir
ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd
olunur.
Bakı vaxtı ilə saat 05:02-yə olan göstəriciyə əsasən, qiymətli
metalın dəyəri 1 troya unsiyası üçün 3 950 dollar olub (0,97%
artım). Beş dəqiqə sonra, saat 05:07-də qiymət 3 948,2 dollara
qədər azalıb (0,92% artım).


