
İsrailin “Avroviziya” mahnı müsabiqəsində iştirakdan kənarlaşdırılması qalmaqal olacaq.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
Merz İsrailin müsabiqədən kənarlaşdırılacağı təqdirdə Almaniyanın hərəkətə keçməli olduğunu bildirib.
“Mən hətta bu məsələni müzakirə etməyi də qalmaqal hesab edirəm. İsrail də bunun bir hissəsidir”, – Merz deyib.


