
Bakı. Trend:
Gürcüstanda dünənki seçkilər ən yüksək demokratiya
standartlarına uyğun keçirilib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail
Kavelaşvili prezident administrasiyasında keçirilən brifinqdə
deyib.
M.Kavelaşvili peşəkarlığa görə Mərkəzi Seçki Komissiyasına və
onun əməkdaşlarına təşəkkür edib.
O, həmçinin “Gürcü Arzusu” partiyasını qələbə münasibətilə
təbrik edib və seçiciləri səfərbər etdiyinə görə bütün siyasi
qüvvələrə təşəkkür edib.
M.Kavelaşvili Tbilisidəki şeçkilərlərlə paralel baş tutan etiraz
aksiyasını ayrıca şərh edərək, bunu hökuməti devirmək cəhdi kimi
qiymətləndirib.
Onun sözlərinə görə, aksiya zamanı vandalizm və zorakılığa
çağırışlar olub. O, təşkilatçıların hərəkətlərini xarici kəşfiyyat
orqanları ilə əlaqələndirib və hakimiyyətdən sərt cavab vəd
edib.


