
Azərbaycan milli komandasının heyəti açıqlanıb, “Qarabağ”ın 7 futbolçusu yığmaya dəvət olunub.
Metbuat.az xəbər verir ki, Şahrudin Məhəmmədəliyev, Abbas Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə və Musa Qurbanlı oktyabrda DÇ-2026-nın seçmə mərhələsində Fransa və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıblar.
Komanda oktyabrın 6-da təlim-məşq toplanışına start verəcək. Millimiz oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda Fransa, üç gün sonra isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna ilə qarşılaşacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

