Yəməndən İsrailə raket buraxıldı

Baş səhifə

İsrail Müdafiə Qüvvələri (İMQ) Yəməndən raket buraxılışı qeydə alıb.

Modern.az-ın məlumatına görə, bu barədə İMQ-nin mətbuat xidmətinin açıqlamasında bildirilib.

“İsrail Müdafiə Qüvvələri Yəməndən İsrail ərazisinə doğru raket buraxılışını qeydə alıb”, – açıqlamada vurğulanıb.

Qurum əlavə edib ki, İsrailin bir sıra rayonlarında protokola uyğun olaraq hava həyəcanı siqnalları aktivləşdirilib.