Bakı. Trend:
Yəmən ərazisindən İsrailə raket buraxılıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata əsasən, hücumla əlaqədar sərhədyanı yaşayış
məntəqələrində həyəcan təbili çalınıb.
“İsrailin bir neçə rayonunda havadan hücum təhlükəsi ilə bağlı
həyəcan təbili çalındıqdan bir müddət sonra Yəməndən buraxılmış
raket zərərsizləşdirilib”, – deyə IDF bildirib.

