Bu gün MDB Oyunlarında 10 idman növü üzrə yarışlar keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının
10-cu günündə 10 idman növü üzrə yarışlar keçiriləcək.

Trend xəbər verir ki, Gəncədə
Azərbaycanın voleybol millisi yarımfinalda Belarusla, 3×3 növü üzrə
basketbol yığması isə A qrupunda Özbəkistanla üz-üzə gələcək.
Yevlaxda boks, Qəbələdə badminton, Xankəndidə kamandan oxatma,
Gəncədə qılıncoynatma və güllə atıcılığı, Mingəçevirdə kanoe və
avarçəkmə yarışlarının finalları keçiriləcək. Göygöldə isə cüdo
üzrə qarışıq komanda yarışları təşkil olunacaq.




III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.