Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov III MDB Oyunlarında altıncı yeri tutub.
“Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada çıxış edib.
Bu növdə qızıl medalı rusiyalı İqor Şeludiakov qazanıb.
Qırğızıstanlı İmandos Bektenov gümüş, Belarusdan olan Şolakhau Uladzimir bürünc mükafata sahib çıxıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

