“Araz-Naxçıvan”ın üzvü Moldova millisinə çağırılıb

Baş səhifə

Bakı. Trend:

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram futbol üzrə Moldova
milli komandasına çağırılıb.

Trend xəbər
verir ki, qolkiper Moldova millisinin Rumıniya ilə yoldaşlıq görüşü
(9 oktyabr) və DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Estoniya
ilə (14 oktyabr) oyunlarında iştirak edə bilər.




Qeyd edək ki, Moldova yığması son görüşdə DÇ-2026-nın seçmə
mərhələsi çərçivəsində Norveçə 11:1 uduzub.